Mourinyo: "Salahı mən yox onlar satdı"


İdman 27 Apr 2018 13:12:00 247 0

Mourinyo: "Salahı mən yox onlar satdı"

Manchester United-in baş məşqçisi Joze Mourinyo 2015-ci ildə Məhəmməd Salaha Chelsea-də şans verməməsinə toxunub. Goal.az xəbər verir ki, portuqal mütəxəsis bunları deyib:

"Salahı mənim satdığımı söyləmək ünvanıma atılan böhtandır. Hər şey başqa cür olmuşdu. Mən, əksinə Chelsea-yə Salahı transfer etməyi məsləhət görmüşdüm. Bu gənc oğlan fiziki və psixoloji baxımdan hazırlıqlı idi. Başqa mühit, mədəniyyətə uyğunlaşmaq ona çətin başa gəldi. Öz xahişi ilə Salahı Fiorentina klubuna icarəyə vermək qərarına gəldik. O, daha çox oyun praktikası qazanmaq istəyirdi. Fiorentina-da geri getməyə başladı. Buna görə Chelsea futbolçunu satmaq qərarını verdi. Onun icarəyə göndərilməsinə razılıq vermişdim. Hesab edirdim ki, Salahın buna ehtiyacı var. Digər tərəfdən, Chelsea-də vinqerlər oynayırdı. Bunlardan Vilyan və Hazard hələ də komandadır. Onlar səviyyəsini xeyli artırıb. Məhəmməd Salahı icarəyə vermək fikrinə kollektiv surətdə qol qoyduq. Amma onu satıb başqa futbolçu almaq mənim işim deyildi".