Arvadını və qardaşını öldürən şəxs 6 il sonra tutuldu


Dünya 27 Apr 2018 12:51:00 283 0

Arvadını və qardaşını öldürən şəxs 6 il sonra tutuldu

Türkiyənin Diyarbəkir vilayətində arvadını və qardaşını öldürüb qaçan şübhəli 6 il sonra barmaq izindən yaxalanıb.   Son.az haberler-ə istinadən xəbər verir ki, Yemlihan Aşuroğlu (58) 44 yaşlı arvadı Hasibe Aşuroğlunu və doğma qardaşı olan 57 yaşlı Selahattin Aşuroğlunu öldürdükdən sonra qaçaraq bir iş yerində "Yaşar" adıyla çalışdığı məlum olub. Aparılan barmaq izi axtarışı sonrası Yemlihan Aşuroğlu olduğu üzə çıxan qətl şübhəlisi tutulub.

Yemlihan Aşuroğlunun ilk ifadəsində "İçkili idim, bir anlıq qəzəblənib, hər ikisini də öldürdüm" dediyi öyrənilib.

Qeyd edək ki, qanlı olay 2012-ci ilin 7 noyabr tarixində baş verib.