“7 yaşlı uşaqdan nə istəyirsiniz?”


Şou-biznes 27 Apr 2018 12:55:00 287 0

“7 yaşlı uşaqdan nə istəyirsiniz?”

ARB Ulduz-un "Virtual həyat" proqramının növbəti qonağı müğənni Günay İbrahimli olub. Son.az bildirir ki, yeni klipinin qısa zamanda işıq üzü görməsinə baxmayaraq, Günayın söylədiklərindən belə məlum olur ki, fanatları bu mahnı və klipi dörd gözlə gözləyirmiş: "Mahnının musiqisini Elvin Abdullayev yazıb. Sözləri Günel xanıma, aranjmanı Rəşad Bağırova aiddir. Klipin rejissoru isə Fərhad Əlidir. Mahnı və klip bir neçə gündür işıq üzü görüb. Bununla bağlı mənə çox sayda mesajlar gəlir. Hamı mahnını bəyənir. Deyəsən, çox adam peşmanlıq çəkir". Müğənni bir neçə gün öncə sosial şəbəkələrdə yayılan uşaqlıq videosundan da danışdı. 7 yaşlı Günayın məclisdə mahnı ifa etməsi də bəzilərinin qarınağrısına səbəb olub: "Sadəcə olaraq, başa düşə bilmirəm ki, orda uşağın 7 yaşı var. Nə istəyirsiz, o 7 yaşlı uşaqdan? Onsuz da, baltalamağı xoşlayırlar. Onsuz da fikir vermirəm. Qoy, danışsınlar. Yazan, mənfi fikir bildirənlər ailəsində problem olan insanlardır. Onların işi-gücü yoxdur, o səhifə, bu səhifə dolanırlar. Hansısa kompüterin arxasında dayanıb yaza bilirlər. Ancaq üz-üzə gələndə gülürlər. Bəlkə də, yazılanların içərisində mənim tanıdığım insanlar da var. Mənə çox maraqlıdır ki, danışan insanların 7 yaşlarındakı görüntüləri necədir? Maraqlıdır ki, siz necə olmusuz? Özünüzdən xəbəriniz yoxdur. Gedin, güzgüyə baxın!" Günay İbrahimli ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto