Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi FOTO


Digərləri 27 Apr 2018 12:31:00 725 0

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi  FOTO

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.