Evə girən oğru ərarvadı yaraladı


Digərləri 27 Apr 2018 12:38:10 279 0

Evə girən oğru ərarvadı yaraladı

Xaçmaz şəhərində oğurluğa cəhd edən şəxs ər və arvada xəsarət yetirib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. Ev sahibi 1958-ci il təvəllüdlü Sənan Kazımov oğru ilə əlbəyaxa olub. Nəticədə o üz nahiyəsindən, həyat yoldaşı - 1963-cü il təvəllüdlü Gültəkin Kazımova isə əlində bıçaq xəsarəti alıb. 

Naməlum şəxs hadisə yerindən qaça bilib.