FIA Formula 2 sinfində praktiki sessiyanın ən yaxşı pilotları məlum olub


Digərləri 27 Apr 2018 12:30:00 476 0

FIA Formula 2 sinfində praktiki sessiyanın ən yaxşı pilotları məlum olub

Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.

Bakı. Azad Həsənli - Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb. Trend-in məlumatına göre, sərbəst yürüşdə ən yaxşı nəticəni "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara göstərib. Onun nəticəsi 1:57.136 dəqiqə təşkil edib. İkinci nəticəni "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticəni "MP Motorsport"un pilotu Ralf Boşunq (1:57.629) göstərib.