Gəncədə tələbələr üçün informasiya texnologiyaları sahəsi üzrə silsilə təlimlər keçirilib (FOTO)


Digərləri 27 Apr 2018 12:22:00 499 0

Gəncədə tələbələr üçün informasiya texnologiyaları sahəsi üzrə silsilə təlimlər keçirilib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi regionlarda tələbələrin informasiya texnologiyaları (İT) sahəsi üzrə karyeralarının inkişafına dəstək məqsədli tədbirlər həyata keçirir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi regionlarda tələbələrin informasiya texnologiyaları (İT) sahəsi üzrə karyeralarının inkişafına dəstək məqsədli tədbirlər həyata keçirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti tədbirlər Gəncə şəhərində təşkil olunub. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə seminarlar keçirilib. Səfər çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi və ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirlərdə mərkəzin direktoru Rauf Cabbarov açılış nitqi ilə çıxış edib. Çıxışda regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışılıb, bu sahənin onların gələcək karyeralarındakı önəmi vurğulanıb.