Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək


Digərləri 27 Apr 2018 12:23:50 582 0

Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək

Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək.

Bakı. 30 aprel - 6 may tarixlərində Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl federasiyanın 1-ci vitse-prezidenti, yığma komandanın baş məşqçisi Firdovsi Umudov, vitse-prezidentlər Maqomed Aliomarov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.