Bakıda marketə basqın edən qrupun daha bir üzvü tutuldu


Digərləri 27 Apr 2018 12:05:00 245 0

Bakıda marketə basqın edən qrupun daha bir üzvü tutuldu

Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinən dəstənin digər üzvü Orxan Məmmədli saxlanılıb.