Ali Məhkəmə Binədəqədidə dəhşətli yanğınla bağlı qərarını verdi


Digərləri 27 Apr 2018 12:10:00 248 0

Ali Məhkəmə Binədəqədidə dəhşətli yanğınla bağlı qərarını verdi

Binəqədidə yaşayış binasında baş vermiş yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Miryusif Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, cəmiyyətin İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov 4, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov 4, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov 4, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.