İki Koreya dövləti arasında dəmir yolu açılması təklif edilir


Dünya 27 Apr 2018 11:52:00 234 0

İki Koreya dövləti arasında dəmir yolu açılması təklif edilir

Koreya Respublikasının Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina iki ölkə arasında dəmir yollarını birləşdirməyi təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəhbərinin nümayəndəsi danışıqların birinci raundundan sonra brifinqdə deyib.

O bildirib ki, əgər dəmir yolları birləşdirilsə, sürət qatarları da buraxıla bilər.