İstintaq təcridxanasına qəndin içərisində narkotik keçirilməsinin qarşısı alınıb


Digərləri 27 Apr 2018 11:24:00 243 0

İstintaq təcridxanasına qəndin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bakı. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədov Vaqif İsmayıl oğluna qonşusu Mingəçevir şəhər sakini Əlimirzəyev Bəhanət Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qəndin içərisində xüsusi üsulla gizlədilmiş 0,078 qram narkotik maddə - metadon aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin