Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkarlandı FOTO


Digərləri 27 Apr 2018 10:53:00 199 0

Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkarlandı  FOTO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Son.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.


Xəbərə aid fotolar