Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı addımlar atılacaq


Digərləri 27 Apr 2018 10:51:00 249 0

Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı addımlar atılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub. Palatadan Trend-ə verilən məlumata görə, bankların nümayəndələrinin iştirak etdiyi tədbir ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.