Şimali və Cənubi Koreya liderləri yarımadanın nüvə silahından təmizlənməsi məsələsini müzakirə ediblər - VİDEO - YENİLƏNİB-2


Dünya 27 Apr 2018 10:30:00 280 0

Şimali və Cənubi Koreya liderləri yarımadanın nüvə silahından təmizlənməsi məsələsini müzakirə ediblər - VİDEO - YENİLƏNİB-2

Kim Çen İn və Mun Çje İn Phanmuncom sərhəd məntəqəsində görüşüblər

Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn keçirdikləri görüş zamanı Koreya yarımadasının nüvə silahından təmizlənməsi, sülhün bərqərar olunması və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələlərinə toxunublar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Seul Administrasiyasının rəsmi nümayəndəsi bildirib.

"Hər iki lider bu danışıqlarda Koreya yarımadasının nüvə silahından təmizlənməsi, davamlı sülhün yaradılması məsələləri və Cənub ilə Şimal arasında əlaqələrin inkişafının istiqamətləri ətrafında səmimi dialoq qurdu", - mənbə bildirib.

***08:30

Cənubi Koreya vəKXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

***04:53

Bakı. 27 aprel.