Suriyanın bombalanmasına səbəb olan uşağı şahid kimi gətirdilər


Dünya 27 Apr 2018 10:34:00 258 0

Suriyanın bombalanmasına səbəb olan uşağı şahid kimi gətirdilər

"Oğlumun üstünə vedrələrlə su töküb, biskvit verib, videoya çəkdilər"

Haaqada Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) nın təşkilatçılığı ilə ABŞ, Fransa və İngiltərənin Suriyaya hücum etməsinə "səbəb" olan videonun saxta olduğunu sübut etmək məqsədi ilə kimyəvi silah "qurbanları"nın da iştirakı etdiyi mətbuat konfransı keçirilib.

Son.az Mirror-a istinadla xəbər verir ki, Rusiya və Suriya aralarında 11 yaşlı oğlanın da olduğu kimyəvi silah "qurbanları"nı mətbuat konfransına çıxarmaqla aprel ayının 7-də Şərqi Dumada çəkilən görüntülərin saxta olduğunu sübut edib.

Bildirilib ki, Şərqi Dumada çəkilən uşaqların qazdan boğulduğu, xəstəxanadakı çarəsiz görüntüləri "White Helmets" (Ağ dəbilqəlilər) təşkilatı tərəfindən səhnələşdirilib.

Suriyaya hücum edən İngiltərə, Fransa və ABŞ-ın KSQT-dakı rəsmiləri deyilənləri "maskarad" adlandırıb.

İngiltərənin KSQT-dakı nümayəndəsi Peter Vilson çıxışı zamanı "KSQT teatr deyil" deyərək, rusiyalı diplomatların dediklərinə etirazını bildirib.

"White Helmets" tərəfindən çəkilən görüntülərdə xəstəxanada, üzərinə su tökülmüş halda oturan 11 yaşlı Həsən Diab da mətbuat konfransında iştirak edib. Konfransda Rosiyya 24 kanalı və Sputnik informasiya agentliyinin hazırladığı kadrlar da nümayiş etdirilib.

Hasanın atası Omar Diab Rosiyya 24 kanalına müsahibə verərək "Ağ dəbilqə" təşkilatının üzvlərinin onun oğluna düyü, biskvit və xurma verərək başını aldatdığını söyləyib. Omar Diab bildirib ki, oğlunu kimyəvi silah qurbanı kimi videoya çəkərkən, o, işdə olub.

"İşdə olarkən oğlumun və xanımımın xəstəxanada olması barədə xəbər aldım. Təcili olaraq xəstəxanaya gedəndə onların vəziyyətlərinin yaxşı olduğunu gördüm. Sonra muzdlu hərbçilər uşaqlara biskvit, xurma və düyü verib, evə göndərdilər", - deyə Həsənin atası Ömər Diab Sputnik agentliyinə açıqlama verib.