"Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər"


Şou-biznes 27 Apr 2018 10:39:00 301 0

"Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər"

Teleaparıcı Kamran Həsənli əməkdar artisti ilk dəfə efirə çıxarmasından danışıb. 

Son.az-ın ölkə.az-a istinadən məlumatına görə, bu barədə "Onda başladıq" verilişində danışan Həsənli hətta Yaqubovu efirə dəvət etdiyinə görə təhqir edildiyini söyləyib:

"Eyyub Yaqubovu ilk dəfə efirə dəvət edəndən sonra qəzetlər mənim erməni olduğumu yazırdılar. Hətta iş o həddə çatdı ki, telekanaldan mənə Eyyubu bir daha efirə dəvət etməmək tapşırıldı. Rəhbərliyə dedim ki, biz onu efirə çıxartmalıyıq ki, gənclik onun ardınca düşsün. Amma yenə də qadağa qoydular".