Sarkisyanı güc tətbiq etməməyə kim məcbur edib? FOTO


Dünya 27 Apr 2018 09:49:00 239 0

Sarkisyanı güc tətbiq etməməyə kim məcbur edib?  FOTO

Ermənistanda yeni siyasi vəziyyət yaranmaqdadır və bu vəziyyətdə Yerevan hakimiyyəti özünün geosiyasi oriyentirlərinə yenidən baxmalı olacaq.

Son.az xəbər verir ki, bunu virtualaz.org-a müsahibəsində Türkiyədə erməni dilində dərc edilən "Aqos" nəşrinin redaktoru Pakrat Estukyan deyib.

"Vəziyyət belədir ki, Ermənistan əhalisi ölkənin inkişafı ilə bağlı ümidlərini Qərbə bağlayıb. Həmin Qərbdə isə erməni diasporu kimi amil mövcuddur və bu amil erməni dövlətinin həyatında xüsusi rol oynayır. Eyni zamanda, Ermənistan Gürcüstan kimi birdən-birə strateji inkişaf kursunu Avropaya inteqrasiyaya tərəf çevirə bilməz. Azərbaycan və Türkiyə ilə mürəkkəb münasibətlər Yerevanı məcbur edir ki, Rusiya ilə strateji ittifaqı qoruyub saxlasın. Ermənistan Rusiya silahlarından və enerji daşıyıcılarından imtina edə bilməz. Tbilisidən fərqli olaraq, Yerevanın bu mənada alternativi yoxdur. Buna baxmayaraq, yeni hakimiyyət Avropa ilə əlaqələri tədricən genişləndirməli olacaq", - jurnalist bildirir.