"Rusiya Yaxın Şərqdə stabilliyin olmasını istəyirsə..."


Dünya 27 Apr 2018 08:52:00 254 0

"Rusiya Yaxın Şərqdə stabilliyin olmasını istəyirsə..."

Rusiya Yaxın Şərqdə stabilliyin olmasını istəyirsə BMT-nin baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturaya kömək etməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Pentaqonun rəhbəri Jeyms Mettis İsrailin müdafiə naziri Aviqdir Leberman ilə görüşündən qabaq bildirib.

J.Mettis deyib: "Biz hamımız Cenevrə prosesini dəstəkləməliyik və diplomatik həllə doğru gəlməliyik. Staffan de Mistura bunun üçün çalışır və Rusiya daha stabil Yaxın Şərq istəyirsə ona kömək etməlidir".