Yəməndə "ƏlQaidə"nin komandiri öldürülüb


Dünya 27 Apr 2018 08:33:00 264 0

Yəməndə "ƏlQaidə"nin komandiri öldürülüb

Yəməndə pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində "Əl-Qaidə" terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə Şabva əyalətində mənbə bildirib.

Mənbənin sözlərinə görə, "Əl-Qaidə" komandiri Naser Hüseyn Bamduh əl-Bubakri əl-Aulyaki Yəmənin cənub-şərqində əs-Səid bələdiyyəsində məhv edilib.