Sumqayıtda iki piyadanı maşın vurub


Sosial 27 Apr 2018 08:20:45 214 0

Sumqayıtda iki piyadanı maşın vurub

Hadisə 9-cu mikrorayon ərazisində baş verib

Sumqayıt şəhərində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1987 və 1989-cu il təvəllüdlü şəhər sakinləri Ababalıyev Ağabəy Novruzbəy oğlu və Əliyev Xasay Niftalı oğlu 9-cu mikrorayon ərazisində yolu keçmək istəyən zaman onları naməlum avtomobil vurub.

Hər iki şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə olunan şəxslər ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.