Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi VİDEO


Dünya 27 Apr 2018 08:26:00 237 0

Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi  VİDEO

İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub.

Son.az xəbər verir ki, İspaniyanın hakim partiyası olan Xalq Partiyasının üzvü olan xanım Kristina Sifuentesin 2011-ci ildə parfumeruya mağazasından krem oğurladığı görüntüləri yayılıb.

İllər əvvəl qeydə alınan görüntülərin sosial mediada yayılandan sonra o, vəzifəsindən istefa verib.

Daha əvvəl Kristina Sifuentsin universitetdən aldığı master dərəcəsinin də saxta olduğuna dair ittihamlar irəli sürülmüşdü. Partiyalar yayılan söz-söhbətləri rüsvayçılıq adlandırıb.