Cənubi Koreya KXDR-ə iki ölkənin dəmir yollarını birləşdirməyi təklif edib


Dünya 27 Apr 2018 08:14:20 269 0

Cənubi Koreya KXDR-ə iki ölkənin dəmir yollarını birləşdirməyi təklif edib

Təklif iki ölkə prezidentinin görüşü zamanı baş verib

Cənubi Koreyanın prezidenti Mun Çje İn Şimali Koreyadan olan həmkarına hər iki ölkənin dəmir yollarını birləşdirməyi təklif edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Kim Çen In öz növbəsində daha tez-tez görüşmək arzusunda olduğu bildirib.

"Gəlin bundan sonra tez-tez görüşək, arzu olunan yaxşı dünyanı quraq", - deyə administrasiya nümayəndəsi Kim Çen Inın sözlərini sitat gətirib.