Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq Qida Təhlükəsizliyi İnstitutu haqqında


Digərləri 27 Apr 2018 08:00:00 252 0

Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq Qida Təhlükəsizliyi İnstitutu haqqında

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsinin yaradılması nəzərdə tutulub.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsinin yaradılması nəzərdə tutulub. Bu barədə Trend-ə agentlikdən məlumat verilib. Agentlikdən bildirilib ki, institut qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirəcək: