Sumqayıtda orta yaşlı kişi toyda bəyin qohumları tərəfindən döyülüb


Sosial 27 Apr 2018 07:30:17 313 0

Sumqayıtda orta yaşlı kişi toyda bəyin qohumları tərəfindən döyülüb

Zərərçəkmiş müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Priyev Vüqar Nazim oğlu "Dörd qardaş" adlı restoranda bəyin qohumları tərəfindən möhkəm döyülüb.

O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.