Bakı və Sabirabad sakinlərindən silahsursat götürülüb


Digərləri 27 Apr 2018 07:14:00 282 0

Bakı və Sabirabad sakinlərindən silahsursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Son.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış "Revolver" tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı tüfəng götürülüb.