Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri öldürülüb


Dünya 27 Apr 2018 03:32:01 252 0

Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri öldürülüb

Terrorçu Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub

Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Şabva əyalətindəki mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Əl-Qaidə" komandiri Nasir Hüseyn Bamduha əl-Bubakri əl-Aulyaki Yəmənin cənub-şərqindəki Əs-Səid bələdiyyəsinin Rafd vadisində olan zaman Amerikaya məxsus olduğu ehtimal edilən pilotsuz aparatın endirdiyi zərbə nəticəsində ölüb", - deyə agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, terrorçu Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub.