Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var FOTO


Digərləri 27 Apr 2018 02:30:00 255 0

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var  FOTO

Zaqatalada baş verən yol qəzasında iki nəfər Qax sakini xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə aprelin 26-sı axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Qax şəhər sakini Məhəmməd Kərim oğlu Kərimov idarə etdiyi "QAZ 31" markalı 10 XM 634 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Məhəmməd Kərimov və sərnişini Qax şəhər sakini 1992-ci il təvəllüdlü Qədir Rafiq oğlu Məmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məhəmməd Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qədir Məmmədovun xəsarətləri yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərə aid fotolar