Bu il 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq


Digərləri 27 Apr 2018 00:30:39 236 0

Bu il 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq

Bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq.

Bakı. Bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Qorxmaz Hüseynov 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Q.Hüseynov bildirib ki, ümumilikdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində layihələrin icrası tam yekunlaşıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub. Prezidentin bununla bağlı imzaladığı növbəti sərəncam çərçivəsində bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq”.