Zəlzələ və digər bəlaların hikməti nədir?


Digərləri 26 Apr 2018 23:50:00 275 0

Zəlzələ və digər bəlaların hikməti nədir?

İlahi sünnətlərdən biri də bəla və imtahandır ki, insanlara nazil olar. Bu hadisələrin faydaları müxtəlifdir. Əgər səbir olunarsa, bunun böyük əcr və savabı vardır. Zəlzələ də bu İlahi imtahanların bir parçasıdır. Allah Təala bu hadisələr vasitəsilə xatırladır ki, ey insanlar qəflətdən ayılın və fəsaddan əl çəkin. Nə zamana qədər günah sizi Məndən uzaqlaşdıracaqdır? Özünüzə gəlin və Məni yada salın!

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin)azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155).

Zəlzələ insanlar üçün acı hadisə kimi görünsə də, ancaq bir xəbərdarlıqdır.

İmam Sadiq (ə) buyurur: "Mömin bəndədən 40 gecə keçməz, məgər o halda ki, onun üçün hadisə baş verər. Onu qəmgin edər və onun vasitəsilə təzəkkür olunar".