Pompeo ABŞ-ın dövlət katibi vəzifələrinin icrasına başlayıb


Dünya 26 Apr 2018 23:55:46 232 0

Pompeo ABŞ-ın dövlət katibi vəzifələrinin icrasına başlayıb

Mayk Pompeo sədaqət andı içib

Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifələrinin icrasına başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Amerikanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

Onun sözlərinə görə, Pompeo Ali Məhkəmə hakimi Samuel Alitonun iştirakı sədaqət andı içib.

ABŞ Senatı cümə axşamı MKİ-nin keçmiş rəhbərinin namizədliyini səslərin 100-dən 57-si lehinə olmaqla təsdiqləyib. Pompeo Dövlət Departamentinin 70-ci başçısı olub.