Yüksək təzyiqi dərmansız müalicə edən


Digərləri 26 Apr 2018 23:43:00 252 0

Yüksək təzyiqi dərmansız müalicə edən

Hipertoniya dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Əvvəllər yaşlı insanlarda daha çox müşahidə edilsə də, aparılan araşdırmalar göstərib ki, xəstəlik xeyli cavanlaşıb.   Hipertoniyanın ilk mərhələlərində onu çox asan, dərmansız müalicə etmək isə mümkündür. Bunun üçün sadəcə bəzi qaydalara riayət etmək lazımdır.

Son.az medicina.az-a istinadən sözügedən qaydaları təqdim edir:

- Orqanizmə duzun daxil olmasını azaldın. Çünki tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bununla da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

- Artıq çəkidən azad olun. Xəstəliyin ilk səbəblərindən biri artıq çəkidir. Bir çox hallarda yalnız bədən çəkisini azaltmaqla təzyiqi normallaşdırmaq mümkündür.   - Daim aktiv olun. Fiziki hərəkətlər qan dövranını stabil saxlamağa kömək edir.

- Spirtli içkilər, siqaret, qəhvə və tünd çaydan imtina edin. Çay və qəhvənin əvəzinə itburnu dəmləməsi, ot çayları (qara qarağat, albalı, moruq yarpaqlarından və s.) için.

- Qidalanmanızda daim kalium, kalsium və maqneziumla zəngin olan məhsullar olmalıdır. Bu mineralla təzyiqi tənzimləməyə kömək edir.