Azərbaycan neftinin


Digərləri 26 Apr 2018 23:31:00 228 0

Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 75 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,25 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 25-də 69,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,22 dollar/barel azdır.