Çernobıl: tərk edilmiş məkanda


Digərləri 26 Apr 2018 23:33:00 334 0

Çernobıl: tərk edilmiş məkanda

Çernobılda yaşanan faciədən 32 il keçdi. Bu gün Rusiya, Polşa, Belarus və Ukraynada təxminən 5 milyon insan radiasiya ilə çirklənmiş torpaqlarda yaşayır. Greenpeace təşkilatının fotoqrafı Denis Sinyakov bu yerləri gəzib və insanların burada necə yaşadıqlarını, tarlaları əkdiklərini, mar-qara saxladıqlarını, giləmeyvə topladıqlarını və balıq tutduqlarını göstərib.

Tərk edilmiş Pripyat qəsəbəsinin girişindəki yoxlama məntəqəsi. Qadağan zonasına yalnız təlimat aldıqdan sonra buraxıla bilərsiniz. Ancaq burada tez-tez əraziyə qanunsuz yollarla girən insanlarla da rastlaşa bilərsiniz.

Məsihin çarmıxı Pripyat şəhərinin girişində yerləşir. Bir neçə ildə bura gəlib gedənlər bu xaçı qurublar. İndi bura turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir.

Pripyat şəhərindəki mərkəzi xəstəxananın foyesi. Bəzi xəstəxana otaqlarını, məsələn, duş otaqlarını ziyarət etmək həqiqətən təhlükəlidir. Görünür, Çernobıl qəzasının fəsadlarını aradan qaldıranlar paltarlarını orada yuyublar. Ancaq ildən-ilə oranı görmək istəyən turistlərin sayı artmaqdadır.

Rus və ukrayna dili müəllimi Rosalia Otroshko təcrid zonasında olan Zalesye kəndinin yeganə sakini idi. O, son onilliklərdə yalnız turistlər tərəfindən ziyarət edilib. 2015-ci ilin sonunda o vəfat edib və evi yandırılıb. Burada yeni yaşayanlar yoxdur. Beləliklə, bir neçə onilliklər ərzində qadağan olunmuş zonanın başqa yerlərində də kimsə qalmayacaq.

Çürüməkdə olan armudlar Rosalia Otroshkonun evində sobada qurudulur.


Xəbərə aid fotolar