Qusma, ishal, qızdırma Uşaqlar arasında yoluxucu virus yayılıb


Digərləri 26 Apr 2018 23:35:00 269 0

Qusma, ishal, qızdırma  Uşaqlar arasında yoluxucu virus yayılıb

Son zamanlar uşaqlar və böyüklər arasında qusma, ishal, yüksək temperatur halları artıb. Bu hal uşaqlarda daha ağrılı olur. Çünki bu müddətdə azyaşlılar iştahdan kəsilərək daha çox zəifləyirlər. Mövcud vəziyyətin nədən baş verdiyinin bilinməməsi isə hər kəsi təşvişə salır.   Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Xəyalə Quliyevanın sözlərinə görə, son zamanlar yayılan məhz rota virusu xəstəliyidir. Onun sözlərinə görə, xüsusilə 5 yaşına kimi uşaqlarn bu virusa  yoluxmaq ehtimalı daha yüksəkdir:

"Nəcis analizi vasitəsilə diaqnozu təsdiqləmək mümkündür. Xəstəlik yoluxucudur Tənəffüs və ya təmas yolu ilə digər insanlara da keçə bilər. Müddəti 3-7 gündür. Bu virusun özünün sağalma müddəti var. Görüləcək tədbirlər sadəcə xəstəliyin şiddətini azaltmaq üçündür".

Həkim qeyd edib ki, əgər uşaqda gün ərzində ishal 10-12 və qusma 3-5 dəfəni keçərsə sistemə ehtiyac duyula bilər: