Duanın yerinə yetməsinə mane olan 8 amil


Digərləri 26 Apr 2018 23:40:00 279 0

Duanın yerinə yetməsinə mane olan 8 amil

Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək əvvəlcədən duasına mane olan amilləri aradan qaldıra bilsin. Bu amillər ilə tanış olaq:

1. Günah. Günah insana 3 cür təsir qoyar:

a) Dua etmək tövfiqini aradan aparar.

b) İnsanın qəlbini qəsavət bağladığı üçün, Allaha diqqət etməz və ağlaya bilməz. Son.az deyerler.org-a istinadən bildirir ki, başqa sözlə desək, qəlb hüzuru əldə edə bilməz.

c) Duası yerinə yetməz. İmam Əli (ə) buyurur: "Günah, duanın yerinə yetməsini aradan aparar". Ona görə də "Kumeyl" duasında oxuyuruq: "Allahım, dualarımın yerinə yetməsinə mane olan günahlarımı bağışla!".

2. Xoş günlərdə dua etməyi tərk etmək. Allah Təala Həzrət Davuda (ə) vəhy edir: "Məni xoş və əmin-amanlıq günlərində yada sal ki, Mən də sənin çətin və giriftar əyyamındakı dualarını qəbul edəm".

3. Valideynə itaətsizlik etmək.