Uşaqlarda suçiçəyi: diaqnoz və müalicə


Digərləri 26 Apr 2018 23:05:00 239 0

Uşaqlarda suçiçəyi: diaqnoz və müalicə

Suçiçəyi bu gün 6 ay-10 yaşlı uşaqlar arasında ən geniş yayılmış infeksion xəstəliklərdən biridir. Suçiçəyinə böyük yaşlı adamlar daha az yoluxur, lakin xəstəliyi ağır keçirilər.     

Suçiçəyinin yoluxma yolları Böyük uşaq kollektivində suçiçəyi epidemioloji xarakter daşıya və qrupun hər bir üzvünə yoluxa bilər.

Son.az hekimtap.az-a istinadən bildirir ki, xəstəlik herpes viruslarından birilə törədilir və yoluxuculuq qabiliyyəti çox yüksəkdir, lakin əksər hallarda təhlükəli deyil. Virus xəstədən sağlam adama hava-damcı yolu ilə kifayət qədər sürətlə keçir. Özü də xəstəliyi yoluxduran adam suçiçəyinin simptomlarını həmin məqam üçün hiss etməyə də bilər və səpgilər, qızdırma yarananadək ətrafdakıları yoluxdurar. Ona görə də xəstəliyin mənbəyini müəyyənləşdirmək və onun yoluxmasının qarşısını almaq bəzən çox çətin olur.

Suçiçəyi inkubasiya periodunu 1-3 həftə arasında keçir, bununla belə, onun simtomları yoluxma anından 7 gündən tez olmayaraq özünü büruzə verə bilər, lakin bu müddət 21 gündən artıq olmur.

İlkin əlamətlər özünü göstərəndən 7-10 gün sonra adam yoluxdurma qabiliyyətini itirir.        

Uşaqlarda suçiçəyinin əlamətləri Suçiçəyinin əlamətləri bütün uşaqlarda və böyüklərdə oxşardır. Xəstəlik qəfildən başlayır, temperaturun 38-40 C-yə qalxması ilə müşayiət olunur, zəiflik, baş ağrıları qeydə alınır. Lakin suçiçəyinin əsas əlaməti bütün bədənə, hətta selikli qişalarda yayılmış çoxsaylı səpgilərdir. İçərisi maye ilə dolu olan səpgilər möhkəm qaşınma verir və bu uşaqlarda böyük narahatçılıq yaradır.  Səpgilərin əsas lokallaşma yerləri bədən, baş (üz və tüklü nahiyə), cinsiyyət orqanları və ağızdır.   

Suçiçəyinin ilkin əlamətləri dəridə diametri 1 sm-dək olan qızartıların yaranmasıdır. Qısa müddət keçdikdən sonra onların yerində içərisində şəffaf maye olan suluqlar əmələ gəlir, nəticədə onlar transformasiya edir və qabıq verir. Səpgilərin bir neçə dəfə yaranması mümkündür.  

Uşaqlarda suçiçəyinin müalicəsi Uşaqlarda və böyüklərdə suçiçəyinin müalicəsi xoşagəlməz simptomların aradan qaldırılmasına yönəldilib. Xəstəlik tədricən sağalır və bir qayda olaraq, özündən sonra iz qoymur. Uşaqlarda ağırlaşmaya nadir hallarda rast gəlinir, belə vəziyyətlər daha çox böyüklərdə qeydə alınır.