Bakının bütün mərkəzi hotellərində yerlər dolub


Digərləri 26 Apr 2018 22:43:00 227 0

Bakının bütün mərkəzi hotellərində yerlər dolub

Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, hotellərdə yerlər aprelin 26-dan 30-dək olan müddət üçün bronlaşdırılıb:

"Formula 1 yarışları Bakıda keçirildiyindən paytaxtdakı hotellərdə, xüsusilə mərkəzi hotellərdə yerlər dolub. Formula 1 yarışı dünyanın ən maraqlı, sevilən yarışlarından biri olduğundan müxtəlif ölkələrdən onun azarkeşi olan tuiristlər ölkəmizə gəlir".