Böyrəklərimiz bunları heç sevmir


Digərləri 26 Apr 2018 22:43:00 240 0

Böyrəklərimiz bunları heç sevmir

Böyrəklər orqanizmin ən vacib orqanlarından biridir. Böyrəklərin sağlamlığını qorumaq həyati vacib məsələdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bunun üçün isə böyrəklərimizin sağlamlığını poza bilən amilləri bilmək lazımdır. Beləliklə, böyrəklərimiz nəyi sevmir?

1. Pəhrizləri

Saglamolun.az xəbər verir ki, böyrəklərimiz xaricdən piydən olan kapsul ilə əhatə olunur. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Kəskin şəkildə arıqlamaq böyrəklər üçün zərərlidir. Pəhriz zamanı piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq "lüt" və müdafiəsiz qalır, sallanmağa başlayır.

Pəhrizlər maddələr mübadiləsi proseslərini poza bilər ki, bu da böyrək xəstəliklərinə gətirib çıxara bilər.

2. Susuzlaşmanı

Susuzlaşma zamanı qan qatılaşır və bu da qanı təmizləyən böyrəklərin işini xeyli çətinləşdirir. Buna əks-göstəriş yoxdursa, gün ərzində təxminən 8 stəkan təmiz su için.

3. Duzu

Qidalanmada çoxlu miqdarda duzlu qidaların, duzun olması böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur ki, bu da böyrəkləri zəiflədir, böyrəklərdə daşların əmələ gəlməsininin riskini artırır.