Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb


Sosial 26 Apr 2018 22:36:47 250 0

Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini Pirverdiyev Nicat Füzuli oğlu Daşkəsən şəhərində bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki xəstəxanaların birinə aparılıb. Özünün bildirdiyinə görə, tanımadığı şəxs tərəfindən küçədə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.