İranda Britaniya vətəndaşlığına sahib alim saxlanıb


Dünya 26 Apr 2018 22:33:00 271 0

İranda Britaniya vətəndaşlığına sahib alim saxlanıb

Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.

Xəbərlərdə deyilir ki, London İmperial kollecininin əməkdaşı Abbas Edalat 15 apreldə Tehranda keçirilən elmi konfransa qatılarkən həbs olunub.

Cənab Edalat-ın evində axtarış keçirilib və ona məxsus bəzi əşyaların müsadirə olunduğu bildirilir.

Alim təqsirsiz olduğunu bildirib. Ona ittihamların təqdim olunub-olunmadığı məlum deyil.