Putin Ermənistanın müvəqqəti baş naziri ilə


Dünya 26 Apr 2018 22:39:00 259 0

Putin Ermənistanın müvəqqəti baş naziri ilə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir.

"Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir", - deyə məlumatda bildirilir.