Quran Allah tərəfindən yaradılıb?


Digərləri 26 Apr 2018 22:15:00 326 0

Quran Allah tərəfindən yaradılıb?

Quran Allah tərəfindən yaradılıb yoxsa Allahın kəlamı olduğu üçün Allahın özü qədər qədimdir?

İslam fikir tarixində ən çox mübahisələrə səbəb olmuş bu problemin kökündə Qurani-Kərimin Allahın zatı qədər qədim olması, yoxsa Allah tərəfindən yaradılması barədə mübahisə durur.

Son.az islam.az-a istinadən bildirir ki, əməvilər zamanında Qurani-Kərimin qədim olduğu əqidəsi dövlət səviyyəsində müdafiə edılirdi. Abbasi xəlifəsi Məmun mötəzili kəlam məktəbinin təsiri altında Quranın hadis (yaranma) olması əqidəsini yaymağa başladı. Bu mövqeyə görə, Qurani-Kərim səs və söz formasında Allahın özü qədər qədim ola bilməz. Çünki bu halda Allahın zatının mürəkkəb (yəni tərkib hissələrindən ibarət) olması gərəkir; bu isə, inam əsaslarının ziddınədir və küfrdür. Demək, Qurani-Kərim Allahın zatından ayrıdır. Allahın zatından ayrı olan hər bir şey isə Onun məxluqudur.