Möcüzəvi alma sirkəsi ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir...


Digərləri 26 Apr 2018 21:43:00 275 0

Möcüzəvi alma sirkəsi  ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir...

Təbii alma sirkəsi çox qiymətli müalicəvi məhsuldur. Hələ dahi Hippokrat xəstələri alma sirkəsi ilə müalicə edirdi.

Son.az saglamolun.az-a istinadən alma sirkəsinin faydalı xüsusiyyətlərini təqdim edir.

- Alma sirkəsinin çox güclü mikrobəleyhinə xüsusiyyətləri var.

- Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.

- Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.

- Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır.

- Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da aterosklerozun riskini azaldır.