Silah satmaq istəyərəkən yaxalandı


Digərləri 26 Apr 2018 21:12:00 241 0

Silah satmaq istəyərəkən yaxalandı

Odlu silah satmaq istəyən şəxs iş başında yaxalanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Rayon polis idarəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Əməliyyatçılar çox çəkməyib ki, Anar Hacıyevi silahı satmaq istəyən zaman tutublar. Onun əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd ''Kalaşnikov'' markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Anar Hacıyevdən aşkar edilən həmin silahla hər hansı bir cinayətin törədilməsi araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin: