Getməyə yeri olmayan qadına avtobus


Digərləri 26 Apr 2018 21:14:00 279 0

Getməyə yeri olmayan qadına avtobus

Bakıda avtobus sürücüsü nümunəvi addım atıb. Çarəsiz vəziyyətdə qalan qadın və azyaşlı övladı sürücünün köməyilə sığınacağa yerləşdirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə 65 nömrəli avtobusda yaşanıb. Son dayanacaqda bir qadın və azyaşlı qızın avtobusdan düşməməsi sürücünün diqqətini cəlb edib. Sürücü İntiqam Qasımov onlara yaxınlaşaraq vəziyyətləri ilə maraqlanıb. Qadınla söhbətdən sonra sürücü onları sığınacağa yönləndirmək qərarına gəlib. Sərnişinlərdən biri də bu işdə sürücüyə yardım edib. Cəlilabaddan qaçan Gülnarə adlı qadın və qızı Təmiz Dünya İctimai Birliyinin sığınacağına təhvil verilib. Sığınacağın direktoru Elnurə Zeynalova deyir ki, araşdırmalar zamanı məlum olub ki, qadın ailədaxli problemlərin qurbanı olub. Qadın və azyaşlı qızı bir müddət sığınacaqda qaldıqdan sonra oranı tərk ediblər.

Videonu izləmək üçün şəklə klikləyin: