Şagird alçadan zəhərləndi Ağsuda VİDEO


Digərləri 26 Apr 2018 21:08:00 263 0

Şagird alçadan zəhərləndi  Ağsuda  VİDEO

Ağsu rayonunda məktəblərin birində şagirdin səhhəti pisləşdiyi üçün onu xəstəxanaya yerləşdiriblər. İlkin ehtimala görə, şagird məktəbin bufetində satılan qidalardan zəhərlənib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 3 -cü sinif şagirdi Əzizağa Nəsibov dərs vaxtı özünü narahat hiss edib. Azyaşlıda ürəkbulanma, qusma əlmətləri olduğundan şagird evə buraxılıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yayılan məlumata görə, şagird məktəbin bufetindən alıb yediyi qidaya görə zəhərlənib. Məktəbin direktoru Ramin Mahmudov isə bildirir ki, bu məlumat düzgün deyil. Çünki əgər zəhərlənmə olsaydı, bu, kütləvi baş verərdi.

Dərs vaxtı halı pisləşən məktəbli sonradan bildirib ki, məktəbin həyətində yeni yetişən alçadan yedikdən sonra halı pisləşib.

Hazırda həkim nəzarətində olan azyaşlı yaxın günlərdə evə buraxılacaq.


Xəbərə aid video