"Papanin"də metro tikintisi nə vaxt yekunlaşacaq?


Digərləri 26 Apr 2018 21:09:00 251 0

"Papanin"də metro tikintisi nə vaxt yekunlaşacaq?

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyada işlər sürətləndirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, həmin stansiyada işlərin gələn il yekunlaşdırılması planlaşdırılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bundan başqa, qurum tərəfindən elektrik deposu və əlavə metrostansiyanın tikinti işləri aparılır.


Xəbərə aid video