Azərbaycanda 570 uşaq nəzarətə götürülüb


Digərləri 26 Apr 2018 20:00:52 272 0

Azərbaycanda 570 uşaq nəzarətə götürülüb

Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatında deyilir.