İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib


Siyasət 26 Apr 2018 19:56:00 241 0

İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".